Anqlofonlar

İngilis dilinin rəsmi dili olduğu millətlər (de-fakto və ya de-yure). Anqlosfera ölkələri İngilis dilinin əsas ana dili olduğu ölkələrdir.
  Anqlosfera
  İkinci rəsmi və az işlədilən dil
  Qeyri-rəsmi və çox işlədilən dil (> 20%)

İngilis dilində danışanlar Anqlofonlar adlanır və əhalinin əksəriyyətinin ingiliscə danışdığı ölkələrə Anqlosfera deyilir. 2000-ci illərə olan məlumata görə, iki milyarddan çox insan İngilis dilində danışır,[1][2] bununlada İngilis dili danışanların sayına görə ən böyük dil, ana dili kimi danışanların sayına görə isə üçüncü ən böyük dildir.

ABŞHindistan müvafiq olaraq 283 milyon və 125 milyon ilə ən çox İngilis dilində danışan ölkələrdir. Həmçinin Pakistanda 108 milyon, Nigeriyada 79 milyon, Filippində 64 milyon ingiliscə danışan insanlar var.[3] İngilis dilini ikinci dil kimi danışanlarda daxil olmaqla, Anqlofonların sayı təxminən 470 milyondan 2 milyarda qədər dəyişir. Devid Kristal hesab edir ki, 2003-cü ildə ikinci dil kimi danışanların sayı 3:1 nisbətində ana dili danışanlardan çoxdur.[4] 2012-ci ilə qədər Hindistan dünyanın ikinci ən böyük İngilis dilli əhalisinə sahib olduğunu iddia etdi: ən etibarlı hesablama onun əhalisinin təxminən 10%-dir (125 milyon nəfər), bu rəqəmin 2022-ci ilə qədər dörd dəfə artacağı gözlənilir.[5] Birinci və ya ikinci dil kimi danışanları da nəzərə alsaq ümumilikdə İngilis dili dünyada ən çox danışılan dildir.

Birləşmiş Krallığın ölkələri olan İngiltərə və Şotlandiya Ovaları, İngilis dilinin doğulduğu yerdir və dilin müasir forması 17-ci əsrdən başlayaraq, ilk olaraq Birləşmiş Krallığın dünya miqyasında təsiri ilə dünyada yayılmağa başlamışdır. Bu daha sonradan Amerika Birləşmiş Ştatlarınin təsiri ilə davam etmişdir. Bu ölkələrin bütün növ çap və elektron mediası vasitəsilə, İngilis dili bir çox regionlarda elm, naviqasiyahüquq kimi peşəkar kontekstlərdə beynəlxalq diskursun və lingua francanın aparıcı dilinə çevrilmişdir. [6] Birləşmiş Krallıq Avropanın ən böyük İngilis dilli ölkəsi olaraq qalır.

İngilis dilinin Amerikan ingiliscəsi, İngiltərə ingiliscəsi, Kanada ingiliscəsi, Avstraliya ingiliscəsi, İrlandiya ingiliscəsi, Yeni Zelandiya ingiliscəsi kimi əsas növləri və onların alt növləri olan Cənubi Afrika, Hindistan, Nigeriya, Filippin, Yamayka, rinidad və Tobaqoda növləri ilə yanaşı həmçinin ingilis əsaslı kreol dillərindən Standart İngilis dilinə qədər davam edən dialektdə milyonlarla yerli dialektlər var. QanaUqanda kimi digər ölkələr də İngilis dilindən əsas rəsmi dillər kimi istifadə edirlər.

  1. "Crystal, David. The language revolution. John Wiley & Sons, 2004" (ingilis). 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-26.
  2. Crystal, David. "Two thousand million?". English Today (ingilis). 24. 2008: 3–6. doi:10.1017/S0266078408000023.
  3. "English Speakers By Country". WorldAtlas (ingilis). 2018-05-14. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  4. Crystal, David. English as a Global Language (2nd). Cambridge University Press. 2003. səh. 69. ISBN 978-0-521-53032-3. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-26.
  5. Masani, Zareer. "English or Hinglish - which will India choose?". BBC News. 27 November 2012. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2019.
  6. The Routes of English

Developed by StudentB